15:14 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Möhsün Pakayin

Səfir: Biz narkotik qaçaqmalçılığı təhlükəsi ilə üz-üzəyik

report.az
CƏMİYYƏT
Qısa URL
901

Möhsün Pakayin: NATO-nun müdaxiləsindən sonra Əfqanıstanda narkotik qaçaqmalçılığı 40 dəfə artıb.

BAKI, 15 iyul-Sputnik. İran Azərbaycanla birlikdə terrora və radikal dini qruplaşmalara qarşı ciddi mübarizə aparır.

Sputnik xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın regionda terrorizm və radikal dini qruplaşmalara qarşı mübarizə sahəsində Azərbaycanla çox sıx əməkdaşlığı var və bu əməkdaşlıq indidən sonra da davam edəcək.

“Sadəcə indiki məqamda  bunun detalları barədə açıqlama vermək istəməzdim. Zamanı gəldikdə bu barədə deyəcəyik" — deyə səfir bildirib.

Pakayin onu da əlavə edib ki, region hazırda böyük təhlükəsizlik problemi ilə üz-üzədir və bu təhlükəyə qarşı region ölkələri səylərini birləşdirməlidir: “Təəssüflər olsun ki, regiondan kənarda yerləşən bəzi ölkələr radikal qrupları meydana gətirməklə regionun təhlükəsizliyini pozmağa cəhd edirlər. Radikal qruplar təhlükəsindən əlavə, biz narkotik qaçaqmalçılığı təhlükəsi ilə də üz-üzəyik. Bunun da kökü regiondan kənara gedib çıxır." — deyə səfir qeyd edib.

Səfir NATO üzvü olan ölkələrin terrorizmlə qeyri-effektiv mübarizə apardığını deyib: NATO-ya daxil olan ölkələr 12 il əvvəl narkotik qacaqmalçılığı və terrorla mübarizə adı altında Əfqanıstana daxil olub. Ancaq nəticə necə oldu? Onlar Əfqanıstana daxil olduqdan sonra nəinki terrorun, narkotik qaçaqmalçılığının qarşısını aldılar, əksinə, biz orada terrorizmin, narkotik qacaqmalçılığının, insan alverinin daha da artmasının şahidi oluruq. Bu müddət ərzində narkotik qaçaqmalçılığı 40 dəfə artıb.”

Pakayin əlavə edib ki, dünya ictimaiyyəti bu istiqamətdə səylərini birləşdirməlidir və İran bu təhdidlərə qarşı mübarizə aparmaq istəyən istənilən region ölkəsi ilə əməkdaşlıq etməyə hazırdır.

"Hazırda müəyyən müsbət əlamətlər nəzərə çarpır. Bəzi qərb ölkələri artıq terrorla mübarizə aparmaqdadır. Düşünürəm ki, Vyana razılaşmasından sonra onlar terrorla mübarəzəyə daha çox enerji sərf edəcəklər. Terror və radikallığa qarşı bütün dünya miqyasında mübarizə aparılmalıdır. Bizim bu sahədə Azərbaycanla çox sıx əməkdaşlığımız var" — deyə diplomat vurğulayıb.

Teqlər:
terrorizm, radikal, terror, Möhsün Pakayin, İran, Azərbaycan

Əsas mövzular