14:26 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Zakir Həsənov və Saken Jasuzakov

Müdafiə naziri: Xalq torpaqların tezliklə azad olunmasını tələb edir

mod.gov.az
CƏMİYYƏT
Qısa URL
12811

Müdafiə naziri Zakir Həsənov Qazaxıstan generalına Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti barədə məlumat verib.

BAKI, 15 iyul-Sputnik. Ərazilərimiz hələ də işğal altında saxlanılır və səbri tükənmiş Azərbaycan xalqı torpaqlarmızın tezliklə azad olunmasını tələb edir.

Bu fikri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikası Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovla görüşündə bəyan edib.

Sputnik Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Hərbi, hərbi-texniki, hərbi təhsil sahələrindəki əməkdaşlıq və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətlər, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə edilib.

Zakir Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regiondakı sabitliyə təhlükə yaratdığını, problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Qazaxıstanlı qonaq Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın Silahlı Qüvvələrinin, hərbi, müdafiə infrastrukturunun və sənayesinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, bu təcrübədən istifadə edəcəyini deyib.

Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstan Respublikasının ölkəmizdəki hərbi attaşesi, polkovnik Almas Bazarbayev də iştirak edib.

 

 

 

 

Teqlər:
Azərbaycan-Ermənistan, Ermənistan-Azərbaycan, Zakir Həsənov, Saken Jasuzakov, Azərbaycan

Əsas mövzular