02:11 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Азербайджанское блюдо «долма»

Ermənilər türk, gürcü, rus mətbəxini də özəlləşdirirlər

© www.quincesandlemons.com
CƏMİYYƏT
Qısa URL
53 0 0

Tahir Əmiraslanov: “Kleptomaniya” xəstəliyi erməniləri başqa xalqların mətbəxini özününküləşdirməyə vadar edir.

BAKI, 13 iyul-Sputnik. Artıq ermənilərin təkcə Azəbaycanın topraqlarına qarşı deyil, onun mədəniyyətinə, tarixinə, mətbəxinə qarşı ardıcıl mənimsəmə siyasəti davam edir. Artıq ermənilər Azərbaycanın milli mətbəxinə aid olan dolmanı, küftəni, xaşı, xaşlamanı, xəşili, lavaşı və. s. özününküləşdirməyə nail olublar. Bəzi hallarda isə onlar hətta yeməklərin adlarını da olduğu kimi saxlayıblar.

Tahir Əmiraslanov
metbexim.az
Tahir Əmiraslanov

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov Sputnik-ə verdiyi açıqlamada bu məsələyə münasibətini bildirib.

O deyib ki, ermənilərin hərəkətinə elmdə “kleptomaniya” xəstəliyi deyilir. “Bu xəstəliyə düçar olan ermənilər digər xalqların mətbəxini də mənimsəyirlər. Onlar bu gün nəinki Azərbaycan mətbəxinə məxsus yeməkləri, eyni zamanda gürcü, türk, rus və digər xalqların mətbəxinə məxsus yeməkləri də öz adlarına çıxmaqla məşğuldurlar. Məhz bu səbəbdən də, onları son illərdə beynəlxalq mətbəx müsabiqələrinə dəvət etmirlər” — deyə Əmiraslanov bildirib.

Baş kulinar onu da deyib ki, ermənilər son yüz ildə kütləvi olaraq üç ideyanı dünya ictimaiyyətinə sırımağa çalışırlar: “Birincisi, Ağrı (Ararat) dağının onlara məxsus olması, ikincisi, uydurma “erməni soyqırımı” və üçüncü, qədim erməni mətbəxi. Ermənilər türk milli mətbəxinə məxsus plov, əriştə, küftə, dolma, lavaş, xaş, xaşlama və sair kimi yeməkləri özünüküləşdirməyə çalışırlar. Çox vaxt beynəlxalq aləm onların bu yalanının təsiri altına düşür və araşdırmadan bunu olduğu kimi qəbul edirlər. Ermənilər lavaşı hətta YUNESKO-nun siyahısına saldırmağa çalışsalar da, bizim səyimiz nəticəsində onların bu istəyi fiaskoya uğradı.”

Əmiraslanovun sözlərinə görə, ermənilər illərdir dolmanı öz adlarına çıxmaq istiqamətində çalışırlar və ildə 7 dəfə dolma ilə bağlı festival keçirirlər.

 

 

 

Teqlər:
lavaş, xəşil, xaşlama, xaş, küftə, dolma, Azərbaycan mətbəxi, Tahir Əmiraslanov, Azərbaycan

Əsas mövzular