02:06 18 Oktyabr 2017
Canlı yayım
Çoban

Vakant çoban yeri, aylıq maaş 2500 dollar: tələsin

mustilife.com
CƏMİYYƏT
Qısa URL
98431

Türkiyənin Muş vilayətində kənd sakinləri mal-qarasını otarmaq üçün çoban tapa bilməməkdən şikayətçidir.

BAKI, 10 iyul – Sputnik. Türkiyənin Muş vilayətində kənd sakinləri mal-qarasını otarmaq üçün çoban tapa bilməməkdən şikayətçidir. 

“Aylıq 2500 dollar təklif edirik, ancaq namizədlər bununla razılaşmır. Üstəlik onlara hər ay əlavə olaraq 60 kilo pendir, 50 kilo yun, geyim-kecim, gündəlik 2 paçka siqaret və 3 dəfə yemək verməyə razıyıq. Ancaq yaxın duran yoxdur”, deyə kənd sakini bildirir. 

Çobanlar bu qədər yüksək məbləğə nə üçün razılaşmadıqlarını can siğortasının olmaması ilə əlaqələndiriblər. Onlar otlaqların çox yüksək zonada yerləşdiyini, üstəlik havasının çox soyuq olduğunu deyiblər. 

Kənd sakinləri çoban tapa bilmədikləri üçün mal-qaranı növbəli şəkildə özləri otarırlar. 

Əsas mövzular