13:40 23 Oktyabr 2017
Canlı yayım
Təcili yardım

Zəhərlənmələrin sayı azalıb

© Foto: APA
CƏMİYYƏT
Qısa URL
311

Azərbaycanda ilin əvvəlindən 418 nəfər qidadan zəhərlənib.

BAKI, 10 iyul — Sputnik. Azərbaycanda ilin əvvəlindən 418 nəfər qidadan zəhərlənib.

Səhiyyə Nazirliyindən Sputnik-ə verilən məlumata görə, 2015-ci ilin 6 ayı ərzində Respublika ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Keçən ilin ilk 6 ayında 521 qidadan zəhərlənmə hadisəsi olub. Demək bu il zəhərlənmələrin sayı 36,5 % azalıb.

Nazirlikdən o da bildirildi ki, qida zəhərlənmələri hadisələrində 2015-ci ilin 6 ayı ərzində 418 nəfər olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,7% azdır. Yəni keçən ilin ilk alıt ayında  577 nəfər zərərçəkən qeydə alınıb. 

Bundan əlavə olaraq 2015-ci ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

Əsas mövzular