02:19 18 Oktyabr 2017
Canlı yayım
Авария в Баку

Tovuzda avtobus qəzası: ölən və yaralananlar var

sputnik.az
CƏMİYYƏT
Qısa URL
36 0 0

Qazaxdan Bakıya sərnişin daşıyan "Daewoo" markalı avtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb.

BAKI, 10 iyul —Sputnik. Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 08.30 radələrində rayonun Qovlar qəsəbəsi ərazisində qeydə alınıb.

Qazaxdan Bakıya sərnişin daşıyan "Daewoo" markalı avtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində "Mercedes"də olan iki nəfər hadisə yerində ölüb.

Avtobusda olan 10-dan artıq sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralılar xəstəxanaya aparılarkən avtobusun sərnişinlərindən olan bir azyaşlının yolda dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular