13:31 23 Oktyabr 2017
Canlı yayım
Hacı Adil Hüseynov_ilahiyyatçı

Din alimi: Bizim toylar halal ilə haramın qarışığı görkəmini alıb

Sputnik.az
CƏMİYYƏT
Qısa URL
10741

Hacı Adil Hüseynov: Toylarda həm Allahın adını çəkirlər, həm də içki verirlər. Şeytani musiqi, qadınlarla kişilərin biryerdə sərxoş halda oynamasının dində yeri yoxdur.

BAKI, 9 iyul – Sputnik. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilib. Bu ay insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Müqəddəs kitab olan Quran-ı Kərim məhz Ramazan ayının axırıncı on gecələrinin birində insanlığa göndərilib.

Tanınmış teoloq Hacı Adil Hüseynov, "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində Ramazan ayının xüsusiyyətləri və İslam dünyasındakı proseslər barədə danışıb.

Orucluğun İslamdan öncə də mövcud olduğunu deyən Hacı Adil Hüseynov, İslamın gəlişilə birlikdə bu ibadətin daha da mükəmməl şəkil aldığını qeyd edib. 

Oruc tutmağın tarix boyu xalqımızın həyatındakı yerinə münasibət bildirən teoloq, hər cür ideoloji təzyiqlərə baxmayaraq azərbaycanlıların bu ibadətə daim sadiq qaldığını ifadə edib.

“20-ci əsrdə fərqli ideologiyalar yaradıldı. Ancaq ömrü uzun olmadı. Çünki həmin ideologiyalar insan şüurunun məhsulu idi. İslam isə Allahın dinidir, sönməzdir və əbədidir. İndi də yeni cərəyanlar, ideologiyalar yaratmağa çalışırlar, məqsəd insanları dindən uzaqlaşdırmaqdır. Lakin bunun da ömrü o birilər kimi uzun olmayacaq”, deyə Adil Hüseynov əlavə edib. 

Jurnalistin “Ramazanda toy etmək olarmı?” sualını cavablandıran teoloq maraqlı şərh verib: “İftardan sonra toy məclisi təşkil edilə bilər. Ancaq necə toy? Təəssüf ki, bizim toylar halal ilə haramın qarışığı vəziyyətini alıb. Həm Allahın adını çəkirlər, həm də içki verirlər. Şeytani musiqi, qadınlarla kişilərin biryerdə sərxoş halda oynamasının dində yeri yoxdur. İnsanlarımız bunu nəzərə alıb Ramazanda toy etmirlər. Halbuki əxlaq qaydalarına riayət edilsə iftardan sonra toy keçirilməsində problem yoxdur”.

Hacı Adil Hüseynov İslam dünyasının hazırkı vəziyyəti ilə bağlı sualları da cavablandırıb. O, müsəlman ölkələrin çoxunda davam edən məzhəb savaşlarını Qərbin imperialist siyasətinin nəticəsi olduğunu söyləyib.

Əsas mövzular