19:39 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
Bakı-Ələt yolu

Bakı-Ələt yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
1001

Məhdudiyyət “Oyunlar zolağı”nın yenidən rənglənməsi ilə əlaqədardır.

BAKI, 5 iyun — Sputnik. Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun Azneft meydanından Bakı Su İdman Mərkəzinə qədər olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

“Azəryolservis” ASC-dən verilən məlumata görə, işlər hər iki istiqamətdə aparılacaq və bununla əlaqədar olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Qeyd edək ki, I Avropa Oyunlarında müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektində, “Bakı Dairəvi-1” avtomobil yolunda, Bakı-Ələt avtomobil yolunun Lökbatan dairəsindən  Bibiheybət məscidinədək olan hissəsində yekunlaşıb. 

Əlaqədar

Şəfayət Mehdiyev küçəsinidə nəqliyyatın hərəkəti bərpa olunub
Sabah Bakıda əsas küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
“Bakı-2015” nəqliyyatın ilk Avropa Oyunlarına hazırlığını sınaqdan keçirəcək

Əsas mövzular