15:48 17 Dekabr 2017
Canlı yayım
5g texnologiyalar

“5G” texnologiyaları şaxtalarda təhlükəsizliyi artıracaq

hi-news.ru
CƏMİYYƏT
Qısa URL
6 0 0

“Ericsson”, “ABB”, “Boliden”, “SICS Swedish ICT” və “Volvo CE” şirkətləri mədənçıxarma sənayesi üçün “Mədənçıxarma sahəsində sənaye mobil rabitəsi üçün pilot layihə” adlı yeni pilot layihə istifadəyə veriblər.

BAKI, 29 may — Sputnik. “Ericsson”, “ABB”, “Boliden”, “SICS Swedish ICT” və “Volvo CE” şirkətləri mədənçıxarma sənayesi üçün “Mədənçıxarma sahəsində sənaye mobil rabitəsi üçün pilot layihə” adlı yeni pilot layihə istifadəyə veriblər.

Layihə “5G” texnologiyalarından rabitə və məsafəli idarəetmə üçün istifadəni nəzərdə tutur.

İştirakçı şirkətlərin ümumi məqsədi əmək məhsuldarlığını artırmağa imkan verən həllərin axtarışı və İsveç mədənçıxarma sahəsində işlərin təhlükəsizliyinin təminidir.

İlkin mərhələdə hazırlanan “5G” sistemləri "Boliden” şirkətinə məxsus şaxtada filizin nəqli üçün istifadə olunan yük maşınlarının distansiyalı idarəetməsi üçün tətbiq ediləcək.

Yeni pilot layihə cari ilin martında istifadəyə verilən “İsveç üçün 5G” proqramının tərkib hissəsidir. Proqram çərçivəsində böyük sənaye şirkətləri, universitetlər və tədqiqat institutları məqsədi informasiya-kommunikasiya texnologiyalarının (İKT) “5G” standartları əsasında inkişafı olan birgə iş aparırlar. Bundan əlavə, proqram sənayenin rəqəmləşmə tempinin sürətləndirilməsinə yönəlib. Təşəbbüs çərçivəsində nəticələri müxtəlif sahələrdə tətbiq ediləcək tədqiqatlar aparılır. “5G” texnologiyalarından istifadə İsveç şirkətlərinin İKT-dən məhsul və xidmətlərdə effektiv inkişaf və istifadə sayəsində rəqabət qabiliyyətini artıracaq. 

“Texnologiyanın uğurlu tətbiqi təhlükəsizliyi artıra bilər. Qoşulmuş kompüter və qurğularının sayının artması yer altında çalışan insanların sayının azalmasına səbəb olacaq. Əlavə qurğuların tətbiqini tələb etməyən inteqrasiya işləri yerin üstündə və altında təhlükəsiz və daha məhsuldar aparmağa imkan verəcək, eləcə də yaxşı monitorinqi və məsafəli idarəetməni təmin edəcək”, — “İsveç üçün 5G” proqramının meneceri Torbern Lundal deyib.  

Teqlər:
kompüter, rabitə, ilkin mərhələ, pilot layihə, xidmət, məhsul, şaxta, Volvo, Boliden, Ericsson, İsveç

Əsas mövzular