02:35 28 İyun 2017
Canlı yayım
Son zəng

Bu gün bir çox məktəbdə “Son zəng” qeyd olunur

telebe.az
CƏMİYYƏT
Qısa URL
1301

Əvvəlki illərdən fərqli olaraq bu il “Son zəng” iki gün - mayın 29-u və 30-da qeyd olunacaq.

BAKI, 29 may — Sputnik. Bu gün Azərbaycanın bir çox məktəbində “Son zəng” qeyd olunur.

Sputnik xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq  bu il “Son zəng” iki gün — mayın 29-u və 30-da qeyd olunacaq. “Son zəng”in iki gün qeyd olunmasına  səbəb isə tədris həftəsinin 5 günlük və 6 günlük olması ilə əlaqədardır. Tədris həftəsi 5 günlük olan məktəblərin məzunları üçün "Son zəng" bu gun, tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün “Son zəng” tədbiri isə mayın 30-da təskil ediləcək.

2014-2015-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 şagird bitirəcək. Ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.

Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyyələr verilib. Məktəblərə tövsiyyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin.

Əsas mövzular