11:18 22 Noyabr 2017
Canlı yayım
Seçkilər

Azərbaycanda seçici adını seçicilər siyahısına əlavə edə biləcək

aznews.az
CƏMİYYƏT
Qısa URL
5 0 0

“Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi avtomatik olaraq, ada uyğun seçicinin qadın və ya kişi olduğunu müəyyən edir.

BAKI, 27 may — Sputnik. Azərbaycanda adı seçici siyahısında olmayan şəxs adını seçici siyahısına əlavə edə biləcək.

APA-nın xəbərinə görə, bunu MSK-nın Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib.

R. Gülməmmədov deyib ki, “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemində seçici siyahısında adı olmayan seçicinin ad, soyad, qeydiyyatda olduğu rayon və yaşayış qəsəbəsinin, seçki məntəqəsinin adı qeyd olunaraq, sistemə daxil edilir. Həmin şəxsin göndərdiyi məlumat müvafiq Dairə Seçki Komissiyasına göndərilir, həqiqətən belə seçici varsa, onun adı seçici siyahısına daxil edilir.

R. Gülməmmədov bildirib ki, “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi avtomatik olaraq, ada uyğun seçicinin qadın və ya kişi olduğunu müəyyən edir: “Ancaq elə adlar var ki, sistem onun qadın, yaxud kişi olduğunu müəyyən edə bilmir. Məsələn, Arzu adı həm kişilərə, həm də qadınlara qoyulur. Bu zaman yerində həmin şəxsin qadın və kişi olduğu müəyyən edilir, operator müdaxilə edərək həmin seçicinin qadın və ya kişi olduğunu qeyd edir”.

Əsas mövzular