08:35 18 Noyabr 2017
Canlı yayım
Braziliyada Azərbaycan mətbəxi

Braziliya parlamentində Azərbaycan mətbəxi günü

© AZƏRTAC
CƏMİYYƏT
Qısa URL
7 0 0

Braziliya parlamentində Azərbaycan mətbəxinin təqdimat mərasimi keçirilib.

BAKI, 27 may — Sputnik. Braziliya parlamentində Azərbaycan mətbəxinin təqdimat mərasimi keçirilib.

Bu barədə Sputnik-ə Azərbaycanın Brazilyadakı səfirliyndən məlumat verilrib.

Belə ki,  mayın 26-da Azərbaycan mətbəxinin Braziliyada tanıdılması məqsədi ilə Səfirlik tərəfindən Braziliya Milli Konqresində (parlamentində) Azərbaycan milli yeməklərinin təqdimatı keçirilib. 

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov tərəfindən hazırlanan Azərbaycanın ləziz yemək nümunələri təbir iştirakçılaına təqdim edilib.

Adıçəkilən tədbirdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Braziliya Senatında Braziliya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Kristovam Buarke, Braziliya Deputatlar Palatasında  Braziliya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Klaudio Kajado və Braziliya parlamentinin çoxsaylı üzvləri iştirak ediblər.  Braziliyalı parlamentarlar Azərbaycan milli yeməkləri ilə tanış olduqdan sonra, milli mətbəximizin zənginliyindən təəssüratlandıqlarını bildiriblər.

Tədbirin uğurunu nəzərə alaraq, Braziliya tərəfi gələcəkdə yenidən Azərbaycan milli mətbəxinin təqdimatının parlamentdə keçirilməsi ilə bağlı Səfirliyə müraciət edib. 

Tədbir keçirilən zalın qarşısında Azərbaycana həsr olunmuş bannerlər quraşdırılıb və iştirakçılara ölkəmizin zəngin mədəniyyəti və mətbəxinə dair portuqal dilində jurnallar paylanılıb.

Əsas mövzular