21:58 19 Noyabr 2017
Canlı yayım
Eldəniz Elgün

Eldəniz Elgün ANS-ə qayıtdı

gunpress.az
CƏMİYYƏT
Qısa URL
38 0 0

Azərbaycanın tanınmış jurnalistlərindən olan Eldəniz Elgün bu gündən etibarən ANS-də layihə rəhbəri kimi fəaliyyətə başlayıb.

BAKI, 26 may – Sputnik. Azərbaycanın tanınmış jurnalistlərindən olan Eldəniz Elgün bu gündən etibarən ANS-də layihə rəhbəri kimi fəaliyyətə başlayıb.

Bu barədə məlumatı  Sputnik-ə Eldəniz  Elgün özü verib.

O, bildirib ki, sözügedən layihə nəticəsində çox qısa zamanda ANS TV yaranandan bəri mövcud olan bütün xəbərləri, çəkilişləri Azərbaycanda hamı görə biləcək.  “Mirşahin demişkən ANS-in tarixi Azərbaycanın da tarixi olacaq” – deyən Elgün  yaxın vaxtlarda ANS-də digər bir vəzifəyə də təyin olunacağını bildirib. Amma o, yeni vəzifəsi barədə məlumatı gələcəyə saxlayıb. 

Eldəniz Elgün ötən əsrin 90-cı illərində jurnalist kimi ANS-in sıralarında məşhurlaşıb. 

Sonra Space Müstəqil Teleradio Şirkətinin Xəbərlər Departamentinin rəhbəri, həmçinin şirkətin icraçı direktorunun müavini vəzifələrində işləyib.

2010-cu ildə Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — “Türk Evi”ni yaradıb.

2012-ci ildə təsisçi və baş redaktoru olduğu pat.az saytı üzərində işləyib. 

“Unikal” qəzetinin şef redaktoru olub.

Hazırda Regional Təhlükəsizlik Bürosu (RTB) İctimai Birliyinin sədridir.

Əlaqədar

Tanınmış telejurnalist yeni vəzifəyə təyin olundu

Əsas mövzular