19:03 24 Noyabr 2017
Canlı yayım
Əflatun Amaşov

Əflatun Amaşov: Cəmiyyətin baş nazirin müavinindən gözləntiləri vardı

lent.az
CƏMİYYƏT
Qısa URL
1510

Binəqədi rayonundakı baş vermiş yanğın hadisəsi ilə əlaqədar cəmiyyətin eşitmək istədiklərini ifadə etmək ümumi işə fayda baxımından önəmlidir, deyə Mətbuat Şurasının sədri vurğulayıb.

BAKI, 25 may — Sputnik. Azərbaycan cəmiyyəti yanğın olayı ilə bağlı özlərində yaranan sullara cavabı baş nazirin müavininindən gözləyirdi.

Sputnik xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov baş nazirinin müavini Abid Şərifovun jurnalistlərlə son davranışına münasibətini bildirərkən deyib.

"Nəzərə almalıyıq ki, insanlarımızın yanğın olayı ilə əlaqədar sualları çoxdur və onlar ekrandan ölkənin baş nazirinin müavinin fikirlərini dinləməyə ehtiyac duyurdular. Nə dərəcə razı qaldılar, bilmirəm. Təbiidir ki, baş nazirin müavininin cavabına münasibət heç də birmənalı ola bilməz", deyə o vurğulayıb.

Amaşov qeyd edib ki, Binəqədi rayonundakı 16 mərtəbəli binada baş vermiş yanğın hadisəsi ilə əlaqədar cəmiyyətin eşitmək istədiklərini ifadə etmək ümumi işə fayda baxımından önəmlidir: "Yüksək çinli məmur ictimaiyyətin gözləntilərini duymaq həssaslığına malikdir və səsləndirdiyi fikirlərin də həmin gözləntilərə adekvatlığı şərtdir. Abid müəllimin kifayət qədər idarəçilik təcrübəsi var. 15 nəfərin həyatına son qoymuş yanğın ətrafındakı məsələyə münasibət bildirib. Onun münasibəti dolğunluğu ilə diqqət çəkməli, hələ də başlarına gələnlərin dəhşətini yaşayan insanlara təskinlik ovqatına söykənməli, vətəndaşa dövlətinə inamı aşılamalı olduğu qənaətindəyik".

Şura sədri eyni zamanda jurnalistikanın kifayət qədər peşəkar olmadığını, ixtisaslaşma səviyyəsinin zəifliyini, digər problemləri də sadalayıb: "Bəzi jurnalistlərimizin barəsində söz açdıqları mövzudan xəbərsizliyinin üzə çıxdığı anlar da yaşanır. Ancaq elə hadisələr var ki, təcrübəli məmur jurnalistin ona ünvanladığı sualun qoyuluşundan, məzmun keyfiyyətindən, aydınlılıq dərəcəsindən asılı olmayaraq məsələnin mahiyyətinə varmalı, yalnız media əməkdaşının sualını deyil, bütövlükdə cəmiyyətə ünvanlanacaq cavabı sərf-nəzərdən keçirməlidir."

Amaşov deyib ki, dünyada vəzifəli şəxslərin jurnalistlərlə davranışı ilə bağlı bir sıra örnəklər mövcuddur: "Bunun zəruriliyi ona görə vacibdir ki, qarşılıqlı münasibətlərdəki səmimilik səmərəlilik kontekstinə daxil olsun. Çünki jurnalist-məmur münasibətləri cəmiyyətə mesajdır. İnsanlar bu münasibətlərdəki rəvanlığı görməlidirlər. Prinsip etibarilə onların problemlərinin və qayğılarının dövlətə çatdırılmasının ən effektiv yolu mediadan keçir. Dolayısıyla vətəndaş üçün mediaya inam həm də dövlətin fəaliyyətinə inanmağın yoludur. Buna görə də dövlət məmuru jurnalistə qeyri-ciddi şəkildə yanaşmır, hətta ən çətin və anlaşılmaz suallar qarşısında belə nəzakət göstərərək vəziyyətin ictimai mahiyyətini düşünür, təmkinini qoruyur."

Amaşov Abid Şərifovun göstərilən məsələlərə həssas yanaşacağına, fikir və düşüncələri səmimi qarşılayacağına əminliyini də ifadə edib.

Baş nazirin müavini Abid Şərifov Binəqədi rayonunda yanmış binanın ərazisinə baş çəkərkən jurnalistlərdən birinin "tikinti işlərini hansı şirkət həyata keçirəcək" sualına cavabında bu məsələnin mediaya dəxli olmadığını, bunu onların müəyyənləşdirdiyini deyib və ardınca "yazın ki mənim şirkətimdi" deyərək əlavə edib. Onun bu davranışı media ictimaiyyətində və sosial şəbəkələrdə narazılıq yaradıb.

Əlaqədar

İngrid Binəqədidəki yanğın yerinə gül dəstəsi gətirdi
Son yanğınlarla bağlı daha 4 nəfər həbs edildi
Yanan bina sakinlərinə kompensasiya bu gün veriləcək
Yanmış avtomobillərin sahiblərinə kompensasiya veriləcək
Bakıda yanan binada təmir işlərinə başlanılıb
Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumu açıqlandı
Teqlər:
baş nazirin müavini, jurnalist, cəmiyyət, açıqlama, məmur, yanğın, Münasibət, Mətbuat Şurası, Abid Şərifov, Əflatun Amaşov, Binəqədi, Azərbaycan, Bakı

Əsas mövzular