02:54 18 Noyabr 2017
Canlı yayım
Bakı Ağır cinayətlər məhkəməsi

Prokuror Suriyada döyüşlərdə iştirak edənlərə 15 il cəza istədi

bizimyol.info
CƏMİYYƏT
Qısa URL
610

Bakıda məhkəmə prosesində dövlət ittihamçısı Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilənlərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

BAKI, 25 may — Sputnik. Bakıda məhkəmə prosesində dövlət ittihamçısı Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilənlərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sputnik xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Ruslan Mustafayev, Tural Həsənov, Tarıyel Musatafayev, Namiq Məmmədov, Elvin Əliyev və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 29-da davam edəcək.

MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb.

Saxlanılanlar arasında yuxarıda adları çəkilən şəxslər də var.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər "İraq və Şam İslam Dövləti" (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb.

Əsas mövzular