02:31 28 İyun 2017
Canlı yayım
şagird

Azərbaycanda orta təhsilin müddəti artırıla bilər

muallim.edu.az
CƏMİYYƏT
Qısa URL
8 0 0

Bakıda Azərbaycanın 12-illik orta təhsil sisteminə keçid məsələsi müzakirə ediləcək.

BAKI, 25 may — Sputnik. Bakıda Azərbaycanın 12-illik orta təhsil sisteminə keçid məsələsi müzakirə ediləcək.

Bu barədə Sputnik-ə Asiya İnkişaf Bankından (AİB) məlumat verilrib. AİB-dən bildirilib ki, Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlər 2 günlük regional konfransda iştirak etmək üçün Bakıya toplaşablar. AİB-in və Təhsil Nazirliyinin birgə təşkil etdiyi 12-illik Təhsil Sistemini Dəstəkləyən İnnovasiya Strategiyası mövzusunda keçirilən konfransda Azərbaycanın 12-illik orta təhsil sisteminə keçidi müzakirə ediləcək.

Konfrans zamanı biliklərə əsaslanan bazar iqtisadiyyatı üçün daha yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün hazırda yenidən qurulan ölkənin təhsil sistemi təhlil olunacaq.

"Konfrans zamanı ekspertlər Azərbaycanın bilik cəmiyyətinə çevrilməsinin əsas elementi olan 12-illik təhsil sistemilə bağlı müsbət təcrübələrini bölüşəcəklər", deyə Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi, Maliiyə və Ticarət Sektorunun direktoru Betty Wilkinson bildirib.

Azərbaycan hökuməti yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə və təhsilin bütün əhaliyə əlçatan etməklə ölkənin təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırılmasını planlaşdırır. Ölkənin 2020-ci ilə qədər Milli İnkişaf Strategiyasında 12-illik orta təhsil sisteminə keçid və şagirdlərin 16 yaşına qədər məcburi məktəbdə oxumaları yer alıb.

Bu yaxınlarda Azərbaycan AİB-in 48-ci İllik toplantısına ev sahibliyi etmişdir. İştirakçılar Asiya-Sakit okean regionunda inkluziv artım və innovasiyanın möhkəmləndirilməsin vacıbliyini birdaha vurğulamışdılar. İnsan kapitalının inkişaf etdirilməsi bu məqsədə çatmaq üçün mühüm elementdir. Konfrans regionda təhsil sistemlərin yaxşılaşdırılması vasitəsilə insan resursların inkişaf etdirilməsi mövzusunda regional dialoqun aparılmasına təkan verəcək.

Manilada yerləşən AİB iqtisadi inkişaf, ətraf mühitin davamlı inkişafı və regional inteqrasiya da daxil olmaqla Asiya və Sakit okean regionu üzrə yoxsulluğun azaldılmasına çalışır. 1966-cı ildə təsis olunan qurum region üzrə 48 olmaqla 67 üzvdən ibarətdir. 2014-cü ildə AİB-in ümumi yardımı $22,9 milyard olub, o cümlədən $9,2 milyard birgə maliyyələşdirməyə yönəldilib.

Əsas mövzular