21:55 19 Noyabr 2017
Canlı yayım
Hacı İbrahim

Hacı İbrahim 45 milyona "Avesta"nı satır

publika.az
CƏMİYYƏT
Qısa URL
136 0 0

İş adamı Hacı İbrahim Nehrəmli sahibi olduğu "Avesta" holdinqin binasını satır.

BAKI, 22 may — Sputnik. Beynəlxalq Bankdan götürdüyü külli miqdarda krediti geri qaytarmayan iş adamı Hacı İbrahim Nehrəmli sahibi olduğu "Avesta" holdinqin binasını satır.

Bu barədə azvision.az-a iş adamının yaxın çevrəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Hacı İbrahim Bakıda hamının "milyarderlər məhəlləsi" kimi tanıdığı Teymur Əliyev küçəsindəki villasını və "Avesta" konserninin yerləşdiyi çoxmərtəbəli binanı satışa çıxarıb.

İş adamı sahibi olduğu binanı real alıcılara 45 milyon manata təklif edib. Beynəlxalq Bankdan götürdüyü 78 milyon dolları geri qaytara bilməyən Hacı İbrahim ona qoyulan vaxtda borcunu qaytarmaq üçün binanı real alıcı olarsa, 23 milyona satmağa hazır olduğu bildirib.

Bir neçə iş adamı bina ilə maraqlansa da Hacı İbrahim alıcı tapa bilməyib. Bina 15 mərtəbədən ibarətdir. Alt mərtəbədə sauna və bilyard zalları, ofislər yerləşir.

Həmin binanın bir mərtəbəsində Hacı İbrahimin özünün də evi olduğu bildirilir.

Hazırda Hacı İbrahim Nehrəmlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıldığı bildirilir.

Əsas mövzular