17:05 14 Dekabr 2017
Canlı yayım
manat

Ekspert: banklardan əmanətlərin kütləvi çıxarılması davam edəcək

banco.az
CƏMİYYƏT
Qısa URL
2901

Əmanətçilərin pullarını banklardan çıxarmasının bir səbəbi bank sisteminə etimadın azalmasıdır.

BAKI, 22 may- Sputnik. Azərbaycanda fevralın 21-də baş vermiş devalvasiyadan sonra banklarda saxlanılan əmanətlərin kütləvi çıxarılması prosesi bundan sonra da davam edəcək.

Bunu Sputnik-ə açıqlamaısda maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

"Əmanətlərin kütləvi çıxarılması prosesi davam etsə də, bəziləri hələlik gözləmə mövqeyi tutacaq. Onlar əmanətlərinə hesablanmış faizləri batmasın deyə hələ ki, onlara toxunmamağa üstünlük verirlər", deyə ekspert vurğulayıb.

Əmanətçilərin pullarını banklardan çıxarması səbəbini açıqlayan ekspert bildirdi ki, bu bank sisteminə etimadın azalmasıdır.

"Konstitusiya Məhkəməsinin məlum qərarı göstərdi ki, banklarla münasibətlərdə qanun əhalini qorumur. Deməli, borc alanların başına gətirilən əmanətçilərin də başına gətirilə bilər. Odur ki, insanlar banklardakı əmanətlərini çıxarmağa çalışırlar", deyə o fikrini yekunlaşdırıb.

Əsas mövzular