21:30 25 İyun 2017
Canlı yayım
Матанат Аливердиева

Teleradio Şurası ATV rəhbərliyinə irad bildirib

ulu.az
CƏMİYYƏT
Qısa URL
15 0 0

Milli Televiziya və Radio Şurasında ATV kanalında yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın verilişdə səsləndirdiyi fikirlərlə bağlı müzakirə aparılıb.

BAKI, 21 may — Sputnik. Milli Televiziya və Radio Şurasında ATV kanalında yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın verilişdə səsləndirdiyi fikirlərlə bağlı müzakirə aparılıb.

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı ATV kanalının rəhbərliyinə sifahi irad bildirilib. 

Mayın 20-də efirə gedən "Gündəlik" verilişində Binəqədi rayonunda çoxmərtəbəli binada yanğın baş verməsi ilə bağlı səsləndirdiyi fikirlər ciddi etiraza səbəb olub.

"Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”, — deyə aparıcı verilişində bildirib.

Əsas mövzular