21:29 25 İyun 2017
Canlı yayım
Sputnik вышел на орбиту: МИА Россия сегодня запустило новый проект

Sputnik portalı Azərbaycanda fəaliyyətə başladı

© RIA Novosti.
CƏMİYYƏT
Qısa URL
194 0 0

Sputnik multimedia xəbər agentliyi Azərbaycanda portalın işə salınmasını elan edir.

BAKI, 21 may — Sputnik. Sputnik multimedia xəbər agentliyi Azərbaycanda portalın işə salınmasını elan edir. Yeni portal Azərbaycan və rus dillərində fəaliyyət göstərəcək. Sputnik.az və ru.sputnik.az ünvanlarında yerləşən resurs aktual beynəlxalq mövzulara dair bütün fikir müxtəlifliyini işıqlandırmağı qarşısına məqsəd qoyur.

Azərbaycan və rus dillərində fəaliyyət göstərəcək portal ingilis, fransız, serb, portuqal, ərəb, hind, polyak, italyan, çex, vyetnam, yapon, koreya, fars, urdu, dari, türk, puştu, kürd, isveç, norveç, danimarka, erməni, fin, alman, ispan, çin, qırğız, gürcü, moldavan və abxaz dillərində fəaliyyət göstərən Sputnik informasiya resursları sırasına qoşulacaq.

Çoxqütblü dünyanın tam mənzərəsini əhatə etməklə Sputnik saytları alternativ yanaşmaların müqayisəsinə can atan auditoriyaya hesablanıb. Jurnalistlərin yüksək peşəkarlığı ilə yanaşı multimedia formatlarının tətbiqi sputnik.az və ru.sputnik.az saytlarında yerləşdirilən məlumatların keyfiyyətini təmin edir. Sayt oxuculara müxtəlif növ kontent təklif edir: infoqrafika, video, fotoreportaj, internet-sorğu. Operativ xəbərlərdən əlavə Sputnik öz auditoriyasına təhlillər, eksklüziv müsahibələr, mütəxəssis rəyləri təqdim edir.

Sputnik (sputniknews.com) onlarla ölkədə multimedia və informasiya mərkəzləri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Ən xoş arzularla, Sputnik agentliyinin mətbuat xidməti

 

Əsas mövzular