02:33 24 İyun 2017
Canlı yayım
FHN yanğınsöndürən

FHN üzlükləri sökülənədək 263 binaya nəzarət etməyə hazırdır

fhn.gov.az
CƏMİYYƏT
Qısa URL
Binəqədidə binada baş vermiş yanğın (11)
301

Bakıda yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 150 nəfərdən çox canlı qüvvəsi və 40 texnikası cəlb olunub

BAKI, 20 may — Sputnik. “Bakıda mayın 19-da yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 150 nəfərdən çox canlı qüvvəsi və 40 texnikası cəlb olunub”.

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan prezidentinin rəhbərliyi ilə keçirilən ilk iclasında deyib.

Nazir qeyd edib ki, yanğın barədə nazirliyə dünən saat 10.50-də məlumat daxil olub, əməliyyat saat 16.27-də başa çatıb. Əməliyyat zamanı 27 nəfər təxliyə olunub, 37 nəfər xilas edilib, 14 cəsəd çıxarılıb: “Təəssüf ki, xəsarət alanlardan biri də gecə xəstəxanada dünyasını dəyişib”.

K. Heydərov ölkə başçısına bildirib ki, Xətai rayonunda binada baş verən yanğın hadisəsindən sonra ona verilən tapşırıqla araşdırmalar aparılıb: “Mənə verdiyiniz tapşırıqdan sonra biz bu materialla üzlənmiş bütün binaları (ona qədər də əlimizdə materiallar, məlumatlar var idi) araşdırmışıq. Şəhərin əksər yerlərində 24 saatlıq növbətçilik qurmuşuq. Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Dəstəsinin, Yanğın Nəzarəti Xidməti əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub. Ölkədə isə bu qəbildən olan 263 bina var. Əgər icazəniz olarsa, biz 263 binadakı üzlüklər sökülənə qədər orada nəzarəti təmin edə, əraziyə yanğınsöndürən maşınlar da yerləşdirə bilərik”.

Mövzu:
Binəqədidə binada baş vermiş yanğın (11)

Əsas mövzular