02:30 24 İyun 2017
Canlı yayım
Ильхам Алиев

Prezident adamlarının həbsindən danışdı

azertag.az
CƏMİYYƏT
Qısa URL
Binəqədidə binada baş vermiş yanğın (11)
401

Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının iclası keçirilib

BAKI, 20 may — Sputnik. "Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər, dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar".

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının iclasında deyib.

Prezidentin sözlərinə görə, Azərbaycanda toxunulmaz insan yoxdur: “Cinayət törədibsə, məsuliyyət də olmalıdır. Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti də hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz”.

Dövlət başçısı qeyd edib ki, vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər: “Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cürə əməldən çıxır. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilir. Bir adam məsuliyyətdən qaça bilməz. Xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətli olmalıdırlar. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzasını çək”.

Mövzu:
Binəqədidə binada baş vermiş yanğın (11)

Əlaqədar

Prezident yanğınla bağlı günahkarların cəzalandırılmasını tapşırıb
Mehriban Əliyeva yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb
Yanğınla bağlı həbslər başladı

Əsas mövzular