19:42 26 İyun 2017
Canlı yayım
tələbə həkimlər

"Bakı-2015" zamanı qonaqlara 400 tələbə ilkin tibbi xidmət göstərəcək

infarkta.net
CƏMİYYƏT
Qısa URL
Bakı Avropa oyunlarının məşəli (5)
901

Ümumilikdə isə yarışların keçiriləcəyi bütün məkanlarda universitetin 1000-dək tələbəsi könüllü qismində iştirak edəcək

BAKI, 15 may — Sputnik. “Bakı-2015” ilk Avropa Oyunları zamanı idmançılara və qonaqlara Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurslarında təhsil alan 400 tələbəsi könüllü ilkin tibbi xidmətlər göstərəcək. Ümumilikdə isə yarışların keçiriləcəyi bütün məkanlarda universitetin 1000-dək tələbəsi könüllü qismində iştirak edəcək.

Bu barədə ATU-nun tələbə həmkarlar ittifaqı komitəsinin sədri Elşad Novruzov məlumat verib.

Onun sözlərinə görə, tələbələr üçün 3 ay ərzində ATU-nun Tədris-Cərrahiyyə Klinikasında keçirilən günvurma və zədələnmələr zamanı ilkin tibbi yardımlara dair nəzəri və təcrübi təlimlər artıq başa çatıb.

O bildirib ki, könüllülük işinə əsasən ingilis dilini bilən və ünsiyyət qurmaq qabiliyyəti ilə seçilən tələbələr cəlb olunub.

Mövzu:
Bakı Avropa oyunlarının məşəli (5)

Əsas mövzular