QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilərin qorxulu yuxusuna çevrilən yəhudi balası: Alberti bu gün yad etdik

© Sputnik / Shahperi AbbasovaAnım günündə əfsanəvi tankçı Albert Aqarunovun xatirəsi yad edildi
Anım günündə əfsanəvi tankçı Albert Aqarunovun xatirəsi yad edildi - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Abunə olmaq
Albert Aqarunov təkcə yəhudi xalqının deyil, həm də Azərbaycan xalqının oğludur. Onun adı hər iki xalqın qəlbində əbədi yaşayacaq.
BAKI, 27 sentyabr — Sputnik. Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Veteran Tankçılar Birliyi, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının üzvləri, İsrailin Azərbaycandakı səfirliyi və Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri Albert Aqarunovun şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.
Anım tədbirində Tankçı Veteranlar İctimai Birliyinin sədri Hacı Əzimov, general-mayor Elman Orucov və digərləri çıxış edərək bildiriblər ki, gənclərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın döyüş yolunun təbliği mühüm əhəmiyyət kəsb edir. Azərbaycan yeganə dövlətdir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yaradıb. Bu gün Albertin məzarını ziyarət edənlər həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin şəhidlərini anmış olurlar.
Vurğulanıb ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı öz Vətəni bilib, həyatını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.
© Sputnik / Shahperi AbbasovaAnım günündə əfsanəvi tankçı Albert Aqarunovun xatirəsi yad edildi
Anım günündə əfsanəvi tankçı Albert Aqarunovun xatirəsi yad edildi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Anım günündə əfsanəvi tankçı Albert Aqarunovun xatirəsi yad edildi
Diqqətə çatdırılıb ki, 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanan və vətənpərvərliyi, cəsurluğu ilə şöhrət tapan yəhudi əsilli 23 yaşlı A.Aqarunovu döyüşçü dostları böyük hörmət və ehtiramla “Şuşanın əfsanəsi” adlandırıblar. O, tank komandiri kimi Şuşa, Daşaltı, Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. A.Aqarunov 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidentinin 1992-ci il 7 iyun tarixli fərmanı ilə Albert Aqarunov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb. O, təkcə yəhudi xalqının deyil, həm də Azərbaycan xalqının oğludur. Onun adı hər iki xalqın qəlbində əbədi yaşayacaq. Anım mərasimi Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını ziyarət etdikdən sonra yekunlaşıb.
Qeyd edək ki, paytaxtın Nərimanov rayonundakı küçələrdən birinə Milli Qəhrəmanın adı verilib. Dağ Yəhudiləri Dini İcmasının və “Dədə Qorqud” Milli Fondunun birgə layihəsi əsasında “Albert Aqarunov” mükafatı təsis olunub.
Məlumat üçün bildirək ki, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada "Səbail tank taboru"nun xüsusi təyinatlı batalyonunda döyüşub. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi.
Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
© Sputnik / Shahperi AbbasovaАльберт Агарунов
Альберт Агарунов - Sputnik Azərbaycan
1/2
Альберт Агарунов
© Sputnik / Shahperi AbbasovaАльберт Агарунов
Альберт Агарунов - Sputnik Azərbaycan
2/2
Альберт Агарунов
1/2
Альберт Агарунов
2/2
Альберт Агарунов
A.Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Dostlarının iddiasına görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının meyitlərini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və meyitləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu. Əfsanəvi döyüşçü Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Xəbər lenti
0