QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rayonları, kəndləri ildırım sürəti ilə azad edirdik - Qazi Namiq İbrahimli

© Photo : Courtesy of Namig IbrahimliNamiq İbrahimli
Namiq İbrahimli - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Abunə olmaq
Qazinin sözlərinə görə, Şuşada növbəti döyüş əmrini gözləyərkən, təbrik smsləri gəlib. Komandir elan edib ki, ermənilər təslim olub.
BAKI, 27 sentyabr — Sputnik. Ermənilər torpaqlarımızı işğal etməklə yanaşı tez tez təxribatlarada əl atıb, yeni ərazi iddiaları edirdilər. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində buna cəhd edərək, acı məğlubiyyətlə geri çəkilməli oldular. Həmin döyüşlərdə əsgəri ilə bərabər səngərdə olan general Polad Həşimov onunla bərabər bir neçə vətən oğlu ən uca zirvəyə şəhadətə yüksəldilər. İyul döyüşlərində Azərbaycanın bütün bölgələrindən mərd, cəngavər oğullar hərbi komissarlıqlara yollanaraq döyüşlərə getmək üçün könüllü yazıldılar.
Düşmənin təxribatı 2020-ci ilin 27 sentyabrında yenidən baş verdi. Ermənistan silahlılarının müxtəlif istiqamətlərdən açılan atəşi nəticəsində, mülki əhali arasında tələfat, yaralananlar oldu. Bu zaman artıq ali baş komandanın əmri ilə Azərbaycan ordusu öz torpaqlarını azad etmək üçün irəli atıldı.
44 günlük Vətən müharibəsində könüllü iştirak edənlərdən biri də  İbrahimli Namiq Elşən oğludur. O, 1986-cı Mingəçevir şəhərində doğulub. N. İbrahimli orta məktəbi bitirib, ali təhsil alır. Hərbi xidmətini başa vurduqdan sonra 2009-cu ildən Mingəçevir şəhər Vaqif Ağakişiyev adına 12 nömrəli orta məktəbdə Gənclərin çağrışa qədərki hazırlığı və Fiziki tərbiyə müəllimi olaraq fəaliyyət göstərir. 27 sentyabr düşmən təxəribatından sonra başlayan müharibəyə o könüllü olaraq 29 sentyabrda yollanır. Mingəçevir sakini ən yaxın dostu Allahverdi Babayevin şəhid xəbərini aldıqdan sonra artıq dayana bilmədiyini deyir:
© Photo : Courtesy of Namig IbrahimliVətən müharibəsi iştirakçısı Namiq İbrahimli
Namiq İbrahimli - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Vətən müharibəsi iştirakçısı Namiq İbrahimli
“27 sentyabrda düşmənin təxribatı zamanı çox narahat olduq. Mən Tovuz döyüşərindən sonra könüllü yazılmışdım. Müharibənin ilk günü dostum Allahverdi Babayev Suqovuşan istiqamətində şəhid oldu. Bundan sonra artıq mən şəhərdə oturub şəhid xəbəri alıb, şəhid qarşılaya bilməzdim. 29-ü könüllü olaraq yollandım döyüşə. Füzulidən Şuşaya qədər döyüş yolu keçmişəm. Təxliyə manqa komandiri və sanitar təlimatçı olaraq ilk döyüşə Cəbrayılda girmişik. Çox ağır döyüşlər gedirdi ilk çıxardığım şəhid mingəçevirli Qəhrəman Nəsirov oldu. Onu deyim ki, düşmən ordusu qarşımızda tab gətirmirdi, qaçırdılar. Kəndlərimizi ildırım sürəti ilə azad edirdik.
İnan ki, o kəndlərdə dayanmağa, vaxtmız olmurdu. Baxa bilmirdik ki, bu hansı yaşayış məntəqəmizdi. Ancaq irəli gedirdik. Hadrutu azad edəndə, ağır döyüş oldu itkilərimizdə oldu. Həmin istiqamətdə 11 şəhidimiz vardı onları çıxardan zaman dağlıq, sıldırımlı ərazidən düşərkən yıxıldım dizimdən ağır zədə aldım. Amma o qədər döyüşə, qələbəyə həvəs vardı ki, gedib qospitalda hər hansı müalicə almadan döyüşü davam etdirdim.”
Orta məktəbdə hər zaman şagirdlərinə vətənpərvərlik aşılayan, tezliklə torpaqlarımızı azad edəcəklərinə söz verən müəllim öz arzusuna çata bilir. Hətta 44 günlük müharibə zamanı dərs verdiyi  şagirdlərindən bəziləri ilə döyüş yoldaşı da olur. Qələbə xəbərini isə Şuşada alır:
© Photo : Courtesy of Namig Ibrahimli
Namiq İbrahimli - Sputnik Azərbaycan
1/3
© Photo : Courtesy of Namig Ibrahimli
Namiq İbrahimli - Sputnik Azərbaycan
2/3
© Photo : Courtesy of Namig Ibrahimli
Namiq İbrahimli - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
“Noyabrın 1-dən 7-ə qədər bizim ağır döyüşlərimiz oldu. Dumanlı, çiskinli havada meşəlik ərazi ilə hərəkət edirdik bilmirdik ki, artıq Şuşaya girmişik. Ermənilər bizim Topxana meşəsində olduğumuzu bilib oranı yandırıdılar. Sadəcə əmr gəlirdi ki, postları almalısınız. Verilən tapşırığı yerinə yetirib, ancaq irəlləyirdik. Noyabrın 7-i günü hava açıldı, uzaqdan Şuşa qalasını görürdük və onda bildik ki, artıq Xüsusi Təyinatlılarımız şəhərə daxil olub. Şuşanın azad edilməsini ayın 8-i günü rabitə əlaqəsi ilə eşitdik. Daha sonra korpus komandiri təbrikini çatdırdı. Bununlada 40 gündən artıq çəkdiyimiz əziyyət, yorğunluq yox oldu. Bu xəbərdən sonra hamımızda bir əminlik yarandı ki, artıq düşmən təslim olmağa çox yaxındı. Elə düşündüyümüz kimi də oldu ermənilər öz məğlubiyyətləri ilə barışmağa məcbur oldular.”
Artıq Mingəçevir sakini 35 yaşlı Namiq İbrahimli qalib ordunun əsgəri, bütövləşən Azərbaycanın müəllimidir. Dərs verdiyi şagirdlərin önününə alınaçıq, tarixi qələbədə pay sahibi kimi çıxır. 44 günlük Vətən müharibəsində göstərdiyi xidmətlərə görə, ölkə başçısının sərəncamına əsasən “Füzulinin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib. Ailəli olan olan N.İbrahimlinin 9 yaşlı oğlan övladı var. Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı “Gənc Qazilər” İctimai Birliyinin Mingəçevir filialının sədridir.
Xəbər lenti
0