11:34 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
QARABAĞ
Qısa URL
1307 0 0

Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, bu gün bir qrup Ağdam sakini ilk dəfə olaraq şəhərə səfər edirlər!

BAKI, 5 sentyabr — Sputnik. Bu gün bir qrup Ağdam sakini ilk dəfə olaraq  işğaldan azad edildikdən sonra şəhərə ziyarətə yola düşüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Tvitterdə bildirib.

"Bu gün bir qrup Ağdam sakini ilk dəfə olaraq şəhərə səfər edirlər! Yolumuz Ağdama", - xüsusi nümayəndə vurğulayıb.

Qeyd edək ki, noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi azad edilib və rayon Azərbaycana təhvil verilib.

Prezident İlham Əliyev çıxışında Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqı təbrik edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanata görə, rayon 20 noyabradək Azərbaycana təhvil verilməli idi.

1993-cü ildə iyulun 23-də Ağdam rayonu ərazisinin 800 kvadrat kilometrdən çox hissəsi, yəni ümumi ərazisinin 70 faizindən çoxu erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

Məlumat üçün qeyd edək ki, hazırda Ağdamda yenidənqurma işləri aparılır.

Əsas mövzular