QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xüsusi təyinatlılarımız çətin dağlıq ərazilərdə taktiki əməliyyatlar keçiriblər

© AR Ministry of DefenceƏlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim - Sputnik Azərbaycan, 1920, 04.09.2021
Abunə olmaq
Kiçik komandirlərin idarəetmə bacarığının artırılması, hücum edən və dəstəkləyən bölmələrlə qarşılıqlı əlaqə suallarının işlənilməsi üzrə keçirilən məşğələdə əsas diqqət 44 günlük Vətən müharibəsində qazanılan təcrübəyə yönəldilib.
BAKI, 4 sentyabr — Sputnik. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində "Çətin dağlıq ərazilərdə taktiki fəaliyyətlər" mövzusunda nümayiş məşğələsi keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Kiçik komandirlərin idarəetmə bacarığının artırılması, hücum edən və dəstəkləyən bölmələrlə qarşılıqlı əlaqə suallarının işlənilməsi üzrə keçirilən məşğələdə əsas diqqət 44 günlük Vətən müharibəsində qazanılan təcrübəyə və icra edilən müxtəlif atəş tapşırıqlarının həllinə yönəldilib.
Müxtəlif texniki vasitələrdən və pilotsuz uçuş aparatlarından istifadə edərək vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən mövqeyi qiymətləndirilir, qəbul edilmiş qərara uyğun olaraq hər bir xüsusi təyinatlıya yerinə yetirəcəyi tapşırıqlar verilir.
Xüsusi təyinatlı qrup ərazinin çətin keçiləbilən relyefindən istifadə edərək düşmənin mühəndis cəhətdən hazırlıqlı mövqeyinə koordinasiyalı irəliləmə ilə gizli şəkildə yaxınlaşır.
Qarşılıqlı fəaliyyətdə olan atəş dəstək qrupunun düşmən mövqeyinə açdığı atəşlərdən yararlanan xüsusi təyinatlılar qrupda mövcud olan silah nümunələrinin sərrast atəşi ilə düşmənin canlı qüvvəsini məhv edərək hakim yüksəkliyi ələ keçirirlər.
Hakim yüksəklikdə mövqelənən xüsusi təyinatlı qruplar düşmənin əks-hücumunu əngəlləmək və digər qruplarımızın təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədilə tədbirlər görürlər.
Xəbər lenti
0