CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəlbəcər və Qubadlıya hərbi prokurorlar təyin olunub

© Photo : AZƏRTACЗдание военной прокуратуры АР, фото из архива
Здание военной прокуратуры АР, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilib.
BAKI, 25 avqust — Sputnik. Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, göstərilən kadr təyinatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən həyata keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-nın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilib.
Xəbər lenti
0