QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan PUA-ları və silahları Türkiyədə beynəlxalq sərgidə nümayiş olunur

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidВыставка оборонной промышленности IDEX-2021 в Абу-Даби
Выставка оборонной промышленности IDEX-2021 в Абу-Даби - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF-2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
BAKI, 17 avqust — Sputnik. Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF-2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Sənayesi Nazirliyindən daxil olan məlumatda bildirilir.
Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən "IDEF-2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.
Qeyd edək ki, sərgi avqustun 17-20-də Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.\
Həmçinin o0xuyun:
Naxçıvanda ön xətdə PUA-lar havaya qaldırılıb
Xəbər lenti
0