19:41 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
© AR Ministry of Defence

1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal edilən Sofulunu 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından təmizləyib.

Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Sofulu kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan kadrları təqdim edir.

Sofulu Cəbrayıl rayonunun Dağ Tumas inzibati ərazi vahidində kənddir. Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Qarabağ silsiləsinin ətəyində yerləşən kənddə işğala qədər əhali heyvandarlıqla məşğul olurdu.

1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal edilən Sofulunu 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından təmizləyib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçib.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Teqlər:
Cəbrayıl, kənd, video, Azərbaycan Müdafiə Nazirliyi, Qarabağ

Digər videolar

Əsas mövzular