QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğaldan azad olunmuş ərazilərdə enerji təhlükəsizliyi müzakirə olunub

© Sputnik / Emin Alisahibİşçi qrupların nümayəndələri bir arada
İşçi qrupların  nümayəndələri bir arada - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Ekoloji məsələlər və Enerji təhlükəsizliyi ilə əlaqədar İşçi qruplarının Ağdamda birgə iclası keçirilib.

BAKI, 7 iyul — Sputnik. Enerji təhlükəsizliyi daim mühüm əhəmiyyət kəsb edib. Hər hansı işə başlamaq üçün elektrik enerjisinin olması vacibdir. Bu fikirlər Ağdamda keçirilən iclasda işğaldan azad edilmiş ərazilərdə sözügedən işçi qruplarının fəaliyyəti nəticəsində görülmüş işlərdən danışılarkən səsləndirilib. Qarşıda duran vəzifələr müzakirə edilərkən qeyd olunub ki, enerji və ekologiya məsələləri vəhdət təşkil edir. Bu baxımdan bu işçi qruplarının iclasının birlikdə keçirilməsi təsadüfi deyil.

İşğal nəticəsində bölgənin ekoloji vəziyyətinin də çox ciddi ziyan gördüyü bildirilib, ona görə də Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasda iştirakının önəmi qeyd olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Firdovsi Əliyev bildirib ki, tədbirin Ağdamda keçirilməsində məqsəd problemlərin yerlərdə araşdırılmasına imkan yaradıb. "Bu da problemdən çıxış yolunun tapılmasında mühüm rol oynayacaq. Bilirsiniz ki, ekologiya ətraf mühit məsələlərinin bilavasitə yaşıl texnologiya ilə bağlı enerji məsələsi olduğuna görə məhz enerji təminatı işçi qrupu ilə ekologiya məsələləri işçi qrupunun iclası bir yerdə keçirildi. Burada su məsələləri, yeraltı su təminatı, yaşıl texnologiyalar və s. mövzuda müzakirələrimiz oldu".

© Sputnik / Emin AlisahibƏlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Ekoloji məsələlər və Enerji təhlükəsizliyi ilə əlaqədar İşçi qruplarının Ağdamda birgə iclası
İşğaldan azad olunmuş ərazilərdə enerji təhlükəsizliyi müzakirə olunub - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Ekoloji məsələlər və Enerji təhlükəsizliyi ilə əlaqədar İşçi qruplarının Ağdamda birgə iclası

Bildirilib ki, ekologiya, ətraf mühit məsələləri bəşəriyyəti həmişə narahat edib. Erməni vandallarının 30 il ərzində ekologiyaya vurduğu ziyan ölçüyə gəlməzdir. Genosid bəlli bir xalqın, tayfanın məhv edilməsidirsə, ekosid bütövlükdə bəşəriyyətin məhv edilməsinin hədəflənməsidir. Odur ki ermənilərin vurduğu ziyanın, vandalizmin nəticələri dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu nöqteyi-nəzərdən Ekoloji məsələlər üzrə İşçi qrupunun üzvlərinin ermənilərin törətdiklərini öz gözləri ilə görmələri hədəflərə çatmaq istiqamətində önəmli rol oynayacaq. Vurğulanıb ki, bütün bu məsələlər planlaşdırılmış və əlaqələndirilmiş şəkildə müzakirə edilib, ciddi təhlil edildikdən sonra sistemli şəkildə icraat işlərinə başlanacaq.

İdarələrarası Mərkəzin nümayəndələrinin Suqovuşan səfəri

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Suqovuşanda səfərdə olublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, səfər iştirakçılarını Prezident Administrasiyasının şöbə müdirinin müavini Nüsrət Süleymanov müşayiət edib. Səfər çərçivəsində Suqovuşandakı su anbarı və elektrik stansiyaları ilə tanışlıq olub.

© Sputnik / Emin AlisahibƏlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Ekoloji məsələlər və Enerji təhlükəsizliyi ilə əlaqədar İşçi qruplarının Ağdamda birgə iclası
İşğaldan azad olunmuş ərazilərdə enerji təhlükəsizliyi müzakirə olunub - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Ekoloji məsələlər və Enerji təhlükəsizliyi ilə əlaqədar İşçi qruplarının Ağdamda birgə iclası

"24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad olunmuş ərazilərin bərpasının sistemli, mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə əlaqələndirmə qərargahı yaradılıb. Əlaqələndirmə qərargahına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir. Əlaqələndirmə qərargahı gündəlik əsasla öz fəaliyyətini davam etdirməkdədir", - deyə Əlaqələndirmə qərargahının katibliyinin rəhbəri Nüsrət Süleymanov səfərin mahiyyətindən danışıb.

O qeyd edib ki, əlaqələndirmə qərargahının nəzdində idarələrarası mərkəz mövcuddur və bu idarələrarası mərkəzdə müxtəlif fəaliyyət istiqamətlərini əhatə etməklə ondan artıq işçi qrup fəaliyyət göstərir:

"Bu işçi qruplar da mütəmadi əsaslarla öz işlərini həm digər işçi qruplar arasında, eyni zamanda aidiyyəti dövlət qurumlarının həmin işçi qruplarda təmsil olunan nümayəndələri arasında sıx şəkildə əlaqələndirməklə işlərin sistemli şəkildə ərazidə həyata keçirilməsini təmin edirlər. Bildirmək istərdim ki, əlaqələndirmə qərargahı yarandığı gündən etibarən çoxsaylı layihələr həyata keçirir. Məqsəd qərargahın rəhbərliyinin tapşırığına uyğun olaraq işlərin praktiki gedişi ilə tanış olmaq üçün işğaldan azad olunmuş ərazilərə səfər etmək və görülən işlərlə yerində tanış olmaqdır".

Nümayəndələr Suqovuşan su anbarında hazırkı vəziyyətlə tanış olublar. Onlara buradakı yarımstansiya və su elektrik stansiyaları barədə də məlumat verilib.

Xəbər lenti
0