QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Macar ekspertlər Ağdamda gördüklərindən çox təsirləniblər

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
İyun ayında Ermənistanın təqdim etdiyi mina xəritələrinə əsasən təkcə Ağdamda ən az 97 min minanın basdırıldığı qeyd olunub.

BAKI, 2 iyul — Sputnik. BMTM-dən daxil olan məlumatda bildirilir ki, səfər çərçivəsində qonaqların Ağdama və Tərtərə səfəri təşkil edilib və onlara erməni cinayətkarlarının bir zamanlar bölgənin çiçəklənən şəhəri olan Ağdamın işğaldan sonrakı vəziyyətini öz gözləri ilə görmək imkanı yaradılıb.

"Eyni zamanda onlar düşmənin raket hücumlarına məruz qalmış mülki əhaliyə məxsus yaşayış məskənlərin dağıntıları ilə tanış olublar. Qonaqlar gördüklərindən çox təsirlənib və eyni zamanda Macarıstan ictimaiyyətinin Ermənistanın bu cinayətləri haqqında müfəssəl məlumatlandırılmasının vacib olduğunu qeyd ediblər. Macarıstan Xarici İşlər və Ticarət İnstitutunun nümayəndələri Ermənistan – Azərbaycan münaqişəsi haqqında məlumatlı olsalar da, səfərdən öncə dağıntıların bu miqyasda olmasını təsəvvür etmədiklərini bildiriblər.

© Photo : AIR Center“Matthias Corvinus College” İnsitutunun nümayəndələrinin ölkəmizə səfəri təşkil olunub
Macar ekspertlər Ağdamda gördüklərindən çox təsirləniblər - Sputnik Azərbaycan, 1920, 02.07.2021
“Matthias Corvinus College” İnsitutunun nümayəndələrinin ölkəmizə səfəri təşkil olunub

Qonaqlara eyni zamanda azad edilmiş torpaqların bərpasını ləngidən mina problemi haqqında məlumat verilib. İyun ayında Ermənistanın təqdim etdiyi mina xəritələrinə əsasən təkcə Ağdamda ən az 97 min minanın basdırıldığı qeyd olunub", - deyə məlumatda bildirilir.

Ağdamın mina xəritələri

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Xəbər lenti
0