CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdam rayonunun Sofulu kəndindən videogörüntülər

© AR Ministry of DefenceСело Софулу Агдамского района
Село Софулу Агдамского района - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Heyvandarlıqla məşğul olan sofulular keçmişdə yayı Ermənistanın Sisyan (Qarakilsə) rayonunda, qışı isə Qarabağda keçirirdilər.

BAKI, 1 iyul — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Sofulu kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin videogörüntüləri təqdim edir:

Qeyd edək ki, Sofulu kəndi Xaçınçayın sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsinin adı azərbaycanlıların kəngərli elinin sofulu tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranıb. Heyvandarlıqla məşğul olan sofulular keçmişdə yayı Ermənistanın Sisyan (Qarakilsə) rayonunda, qışı isə Qarabağda keçirirdilər.

Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdu. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtləri nəticəsində işğalçılardan təmizlənib.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Qarabağın dirçəlişi

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağın bərpasında ən son texnologiyalardan istifadə olunacaq. Füzulidə beynəlxalq aeroportun bu ilin payızında istifadəyə verilməsi gözlənilir. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. 

Xəbər lenti
0