QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xarici diplomatların Ağdama səfəri başa çatıb

© Photo : TRENDВизит представителей дипломатического корпуса в Агдам
Визит представителей дипломатического корпуса в Агдам - Sputnik Azərbaycan, 1920, 13.06.2021
Abunə olmaq
Xarici diplomatlar səfər çərçivəsində Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdikləri cinayətlərlə tanış olublar.

BAKI, 13 iyun — Sputnik. Bakıda akkreditə olunmuş xarici diplomatların Ağdama səfəri başa çatıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatları işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış edib.

Diplomatik korpusların nümayəndələri Ağdama səfər çərçivəsində şəhərin gələcək inkişaf planı ilə tanış olublar. Diplomatlarа şəhərinin baş planı və şəhər ətrafında qurulacaq bağlar haqqında məlumat verilib.

Tədbir iştirakçıları həmçinin Ağdamda həyata keçiriləcək “ağıllı” və “dayanıqlı” şəhər və ictimai nəqliyyat, eləcə də “ağıllı” və “dayanıqlı” sosial infrastruktur layihələri barədə məlumatlandırılıb.

Nümayəndə heyəti Şahbulaq qalasında olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov diplomatlara erməni vandalizminə məruz qalmış tarixi abidə ilə bağlı məlumat verib.

Diplomatik korpusun nümayəndələri Əsgəran yolunda olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov onlara Ağdam şəhərinin ümumi görüntüsünü nümayiş etdirib və şəhərdə törədilmiş dağıntılar haqqında əlavə məlumat verib.

Diplomatik korpusların nümayəndələri Ağdama səfərləri çərçivəsində Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər.

Diplomatlar Ağdam şəhərində yerləşən Cümə məscidində də olublar.

Tədbirdə iştirak edən məşhur fotoqraf Reza Deqati diplomatlara Xocalı soyqırımı barədə danışıb, soyqırımının qurbanı olmuş insanların və qaçqınların şəkillərini tədbir iştirakçılarına nümayiş etdirib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İran səfiri və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.

© Photo : TREND
Xarici diplomatların Ağdam səfəri - Sputnik Azərbaycan
1/4
Xarici diplomatların Ağdam səfəri
© Photo : TREND
Xarici diplomatların Ağdam səfəri - Sputnik Azərbaycan
2/4
Xarici diplomatların Ağdam səfəri
© Photo : TREND
Xarici diplomatların Ağdam səfəri - Sputnik Azərbaycan
3/4
Xarici diplomatların Ağdam səfəri
© Photo : TREND
Xarici diplomatların Ağdam səfəri - Sputnik Azərbaycan
4/4
Xarici diplomatların Ağdam səfəri
1/4
Xarici diplomatların Ağdam səfəri
2/4
Xarici diplomatların Ağdam səfəri
3/4
Xarici diplomatların Ağdam səfəri
4/4
Xarici diplomatların Ağdam səfəri

Vətən müharibəsi və Ağdamın azad olunması

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri gneişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Ağdamın mina xəritəsi

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Xəbər lenti
0