QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya Qarabağ üzrə üçtərəfli işçi qrupun yaxınlarda öz işini bərpa edəcəyinə ümid edir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Rusiya Dağlıq Qarabağ və ona bitişik ərazilərin minalardan təmizlənməsinə böyük səylər göstərir - XİN rəsmisi.

BAKI, 10 iyun — Sputnik. Rusiya ümid edir ki, Qarabağ üzrə üçtərəfli işçi qrup yaxın vaxtlarda öz işini bərpa edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.

O həmçinin bildirib ki, rəsmi Moskva Dağlıq Qarabağda minalardan təmizləmə prosesinin sürətlənəcəyini gözləyir.

Rusiya Dağlıq Qarabağda münaqişədən sonra minatəmizləmə prosesinə töhfə verir: "Minalanma ən təhlükəli problem olaraq qalmaqdadır. Rusiya Dağlıq Qarabağ və ona bitişik ərazilərin minalardan təmizlənməsinə böyük səylər göstərir".

Regionun bərpası

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, onun ölkəsi Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edir. Onun sözlərinə görə, Rusiya həmişə ehtiyacı olan ölkələrə yardım etməyə hazırdır və bunu dünya siyasətində özünü təsdiqləmək üçün etmir.

"Bizim dünya siyasətində natamamlıq kompleksimiz yoxdur. Biz həmişə ehtiyacı olanlara yardım etməyə hazırıq. Bu bizim tarixi missiyamızdır, bu, tariximizin köklərinə əsaslanır", - deyə Lavrov qeyd edib.

O deyib ki, Rusiya sülhməramlıların yerləşdirildiyi ərazilərdə böyük insidentlər ümumiyyətlə baş verməyib:

"Hazırda bizim sülhməramlılar öz mandatını yerinə yetirir, hər hansı böyük insidentlər ümumiyyətlə olmur – bunu həm Bakıda, həm də Yerevanda etiraf edirlər. Ayrı-ayrı xırda narahatlıqlar qeydə alınır. Bəli, Azərbaycan – Ermənistan sərhədinin ayrı-ayrı hissələrində gərginlik var, lakin bunun Dağlıq Qarabağa aidiyyatı yoxdur".

Qafqazda Rusiyanın sülhməramlı missiyasının başlanması

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Eləcə də oxuyun:

  • Qafqazı Rusiyanın əlindən çıxartmağa çalışırlar - Vitse-spiker

  • Bakir İzetbeqoviç Ceyhun Bayramova: Qarabağdakı dağıntıların miqyasına görə təəssüf edirəm

  • Ermənistanın diversiya cəhdlərinə mümkün reaksiya: Laçın dəhlizinin bağlanması...

  • ABŞ rəsmisi Yerevanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırdı

Xəbər lenti
0