CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbi jurnalist Kəlbəcərdə minaya düşməkdən son anda xilas oldu - Video

© Sputnik / Emin BabayevDiplomatik koruöusun nümayəndələri Cəbrayılda
Diplomatik koruöusun nümayəndələri Cəbrayılda - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Reza Deqati: "Bütün beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına qarşı çıxan erməni rəhbərliyi mina xəritələrini verməkdən imtina edir, yüzlərlə yeni ölümə və mülki şəxslərin yaralanmasına səbəb olur".

BAKI, 9 iyun — Sputnik. "National Geographic" jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bir neçə gün əvvəl jurnalistlərin Kəlbəcərdə minaya düşdüyü əraziyə gedərkən fəlakətdən son anda yayına bilib. Sputnik Azərbaycan xəbər verir ki, ANAMA əməkdaşları ilə hadisə yerinə yollanan Deqatinin getdiyi yolda cihaz vasitəsilə mina aşkarlanıb.

Minaaxtaranların sayıqlığı nəticəsində düşmənin qoyduğu tələ vaxtında aşkarlanıb və böyük bir fəlakətin qarşısı alınıb.

Buna baxmayarq, Deqati bir neçə gün əvvəl jurnalistlərin Kəlbəcərdə minaya düşdüyü əraziyə gedib. O, bu barədə özünün "Instagram" hesabında yazıb:

"Burada iki azərbaycanlı jurnalist Qarabağda erməni silahlı qüvvələri tərəfindən yerləşdirilən milyonlarla minanın birinə düşərək həlak olub. Hərbi məğlubiyyətlərindən sonra ermənilər buradan ayrılmazdan əvvəl minlərlə mina və tələlər qurublar. Bütün beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına qarşı çıxan erməni rəhbərliyi mina xəritələrini verməkdən imtina edir, yüzlərlə yeni ölümə və mülki şəxslərin yaralanmasına səbəb olur".

Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "KAMAZ" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Eləcə də oxuyun:

  • Milli Məclis jurnalistlərin ölümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

  • Baş Prokurorluq Kəlbəcər hadisəsi ilə bağlı sosial şəbəkə məlumatlarına aydınlıq gətirdi

  • Rusiya Jurnalistlər Birliyi Azərbaycana başsağlığı verdi

  • Hikmət Hacıyev - Jurnalistlərimiz qəsdin qurbanı olublar

  • Jurnalistlərin avtomobili minaya düşdü - üç nəfər həlak olub, dörd nəfər yaralanıb - VİDEO

Xəbər lenti
0