23:06 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
QARABAĞ
Qısa URL
22 0 0

"Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda mühəndis bölmələrinin apardığı əməliyyatlar çərçivəsində 2121 hektar ərazi, təxminən 657,3 kilometr yol təmizlənib".

BAKI, 16 may — Sputnik. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Qarabağda 2121 hektar ərazini minadan təmizləyib. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda mühəndis bölmələrinin apardığı əməliyyatlar çərçivəsində 2121 hektar ərazi, təxminən 657,3 kilometr yol, 1844 yaşayış binası təmizlənib. Ümumilikdə 25 mindən çox partlayıcı maddə aşkarlanıb", – deyə məlumatda qeyd olunur.

Məlumatda həmçinin bildirilir ki, Qarabağda atəşkəsə tam əməl olunur.

Qarabağda atəşkəs

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Eləcə də oxuyun: 

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

"Biz Azərbaycan tərəfinə Rusiya sülhməramlılarına verdikləri dəstəyə görə minnətdarıq"

Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri başqası ilə əvəz olunacaq - İddia

Teqlər:
sülhməramlı, rus, Qarabağ, Azərbaycan, mina

Əsas mövzular