11:54 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
QARABAĞ
Qısa URL
19 0 0

Fransanın Ermənistandakı səfiri bildirib ki, hər iki prezident məsələnin birdəfəlik həllinə nail olmaq üçün Minsk Qrupu daxilində səyləri yeniləməyə dair razılığa gəliblər.

BAKI, 4 may — Sputnik. Rusiya və Fransa prezidentləri yaxın vaxtlarda Qarabağ münaqişəsinin davamlı şəkildə həlli üçün konkret təşəbbüslə çıxış edəcəklər. Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakott erməni mətbuatına müsahibəsində bildirib.

Aprelin 26-da Fransa Prezidenti Emmanuel Makronla Rusiya lideri Vladimir Putin arasında telefon danışığının baş tutduğunu yada salan səfir bildirib ki, həmin vaxt Makron hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələsində konkret tərəqqinin əldə olunmasının vacibliyini vurğulayıb.

"Hər iki prezident məsələnin birdəfəlik həllinə nail olmaq üçün Minsk Qrupu daxilində səyləri yeniləməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək", – deyə Lakott qeyd edib.

Səfir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqların bərpasının həmsədrlər üçün prioritet olduğunu və bunun onların 13 aprel açıqlamasında da öz əksini tapdığını vurğulayıb.

Əsas mövzular