QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya KİV: sülhməramlılar Qarabağda minaya düşüblər

© Sputnik / Mediabanka keçidКолонна российских миротворцев, фото из архива
Колонна российских миротворцев, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Abunə olmaq
Sülhməramlılar nəqliyyat vasitəsində olarkən minaya düşüblər. Hadisənin rəsmi təsdiqi hələlik yoxdur.

BAKI, 25 aprel - Sputnik. Rusiyanın iki sülhməramlısı Qarabağda minaya düşüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə «Военный обозреватель» Telegram kanalı məlumat yayır.

Sülhməramlılar nəqliyyat vasitəsində olarkən minaya düşüblər. Hadisənin rəsmi təsdiqi hələlik yoxdur.

Российский миротворец в Карабахе, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2021
QARABAĞ
Rusiya sülhməramlıları mayın 9-da Qarabağda nə etməyə hazırlaşırlar?

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

 

Xəbər lenti
0