CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya sülhməramlıları mayın 9-da Qarabağda nə etməyə hazırlaşırlar?

© REUTERS / AZIZ KARIMOVРоссийский миротворец в Карабахе, фото из архива
Российский миротворец в Карабахе, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Rusiyalı hərbçi əlavə edib ki, mayın 9-da sülhməramlılar həmçinin Böyük Vətən Müharibəsi veteranlarına kömək göstərilməsi məqsədilə bir sıra humanitar aksiyalar da keçirəcəklər.

BAKI, 232 aprel - Sputnik. "Bir milyondan çox azərbaycanlı və erməni Böyük Vətən Müharibəsində faşizmlə mübarizə aparıb, onların yarıdan çoxu döyüş meydanında həlak olub".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu cümə günü brifinqdə Rusiya sülhməramlılarının Qarabağdakı kontingentinin nümayəndəsi Dmitri Perepyolkin deyib.

"Azərbaycanla Ermənistanın Qələbədə böyük payını qeyd etmək istəyirəm. Böyük Vətən Müharibəsində Azərbaycan və Ermənistandan bir milyondan çox insan iştirak edib. Təəssüf ki, onların yarıdan çoxu döyüş meydanında həlak olub. İki yüz mindən çoxu orden və medallarla təltif olunub, iki yüz nəfərə yaxını Sovet İttifaqı Qəhrəmanı adı alıb", - Perepyolkin deyib.

Məşqlər - Sputnik Azərbaycan, 1920, 19.04.2021
QARABAĞ
Rusiya sülhməramlıları Xocalıda məşq edirlər - FOTO

Onun sözlərinə görə, mayın 9-da Qarabağdakı Rusiya sülhməramlılarının bölmələrində şəxsi heyətin Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş təntənəli düzülüşü olacaq. 

"Bu il biz onun 76-cı ildönümünü qeyd edəcəyik. Bu təntənəli tədbir faşizmlə mübarizədə həlak olmuş bütün döyüşçülərin xatirəsinə həsr olunacaq", - kontingentin nümayəndəsi deyib.

Rusiyalı hərbçi əlavə edib ki, mayın 9-da sülhməramlılar həmçinin Böyük Vətən Müharibəsi veteranlarına kömək göstərilməsi məqsədilə bir sıra humanitar aksiyalar da keçirəcəklər.

Perepyolkin bildirib ki, Rusiya sülhməramlı kontingentinin regionda sabitliyi qoruması vəzifəsi əldə edilmiş razılaşmalara uyğun olaraq davam etdirilir: "Ötən müddət ərzində atəşkəsin pozulması halı qeydə alınmayıb. Ayrı-ayrı insidentləri Rusiya sülhməramlı kontingenti yerindəcə həll edir". 

O vurğulayıb ki, aprelin 16-dan Azərbaycan SQ-nin 21 avtomobil kolonunun, 21-də isə Azərbaycan tərəfinin xahişi ilə 200 tondan artıq humanitar yükün Suqovuşan-Kəlbəcər marşrutu ilə təhlükəsiz hərəkəti təmin olunub. 2021-ci il başlayandan Kəlbəcər rayonuna Qarabağdan keçməklə 2.5 min tondan çox humanitar yük daşınıb. 

Aprelin 17-də isə Rusiya sülhməramlı qüvvələri "Rus Humanitar Missiyası" ilə birlikdə Xankəndidə dörd humanitar aksiya keçiriblər.

Xəbər lenti
0