15:21 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
QARABAĞ
Qısa URL
21 0 0

Rusiya sülhməramlılarının vasitəçiliyi ilə on üç avtomobil kolonnası vasitəsilə 2400 tondan çox yük daşınıb. Budəfəki yük elektrik avadanlığı, tikinti avadanlığı və materiallarından ibarət olub.

 

BAKI, 22 aprel — Sputnik. Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edirlər. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

"Sosial obyektlər və yaşayış evlərinin elektrik və su ilə təminatının bərpası üçün Humanitar Yardım Mərkəzinin 17 "KamAZ" markalı hərbi avtomobil və onları müşayiət edən maşınlardan ibarət kolonnası Suqovuşan-Kəlbəcər marşrutu üzrə Kəlbəcər rayonuna təxminən 200 ton həcmində yük çatdırıb. Yük elektrik avadanlığı, tikinti avadanlığı və materiallarından ibarət olub", - deyə məlumatda bildirilir.

1 / 4
Rusiya sülhməramlıları Kəlbəcərə 200 ton yükün çatdırılmasını təmin ediblər

Qeyd olunur ki, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə on üç avtomobil kolonnası vasitəsilə 2400 tondan çox yük daşınıb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

 

Teqlər:
sülhməramlılar, Rusiya, yük, Azərbaycan, Qarabağ, Kəlbəcər

Əsas mövzular