13:29 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
QARABAĞ
Qısa URL
11 0 0

Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb.

BAKI, 9 aprel - Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Kremlə istinadən verdiyi xəbərə görə, Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda, 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb.

V. Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb.

Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir bildirilib. 

Əsas mövzular