QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Özbəkistan Dağlıq Qarabağdakı abidələrin bərpasına kömək etməyə hazırdır

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal sammiti martın 31-də videokonfrans formatında keçirilib. Adı çəkilən təşkilat Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan kimi müasir dövlətləri birləşdirir.

BAKI, 1 aprel — Sputnik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri ölkələr arasında mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər. Şavkat Mirziyoyev Özbəkistanın Dağlıq Qarabağda müharibə zamanı dağıdılmış bəzi obyektlərin bərpasında iştirak etməyə hazır olduğunu dilə gətirib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsinin Dağlıq Qarabağ torpağındakı qədim abidələrin, mədəni-maarif obyektlərinin bərpasına öz töhfəsini verməyə hazır olduğunu bəyan edib. "Sputnik Özbəkistan"ın verdiyi məlumata görə, ölkə prezidenti bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal sammiti zamanı bildirib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Özbəkistan prezidenti azərbaycanlı həmkarı İlham Əliyevə hərbi əməliyyatların bitməsi münasibətilə təbrik ünvanlayıb. Həmin vaxt tərəflər qlobal və regional strukturlar çərçivəsində sıx dialoqu dəstəkləmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal sammiti martın 31-də videokonfrans formatında keçirilib. Adı çəkilən təşkilat Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan kimi müasir dövlətləri birləşdirir. Müşahidəçi qismində təşkilatda Macarıstan da iştirak edir. Sammitdə bütün göstərilən ölkələrin dövlət başçıları iştirak ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, dil, din, tarix və mədəni əlaqələrin ümumiliyi zəminində yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əməkdaşlıq üçün səmərəli mexanizmə çevrilir.

"Bu gün təşkilatımızın yeni inkişaf mərhələsi başlanır və biz istənilən sınaq və təhlükələri birlikdə dəf etməyə, mövcud potensialdan tam istifadə etməyə hazır olmalıyıq", - deyə prezident bildirib və onun fikrincə, Şuranın qarşısında duran əsas məsələləri dilə gətirib.

Bunlar – iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat-tranzit potensialının artırılması, zəvvarlıq turizminin inkişafı və s. məsələlərdir.

Xatırladaq ki, 2020-ci il sentyabrın sonunda Dağlıq Qarabağda döyüş əməliyyatları yenidən başlayıb. Noyabrın 10-da Moskvanın vasitəçiliyi ilə münaqişə tərəfləri atəşi dayandırmaq, əsir və ölənlərin meyitlərinin dəyişdirilməsi barədə razılığa gəliblər. Razılaşmaya əsasən, döyüşlər nəticəsində azad olunmuş torpaqlardan əlavə Ermənistan qüvvələri Kəlbəcər, Laçın və Ağdam rayonlarını da tərk edərək Azərbaycanın nəzarətinə qaytarıblar. Bundan əlavə, regionda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib.

 

Xəbər lenti
0