CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əliyev və Putin Qarabağı müzakirə etdilər

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ В. Путин провел встречу с президентом Азербайджана И. Алиевым
Президент РФ В. Путин провел встречу с президентом Азербайджана И. Алиевым - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
İkitərəfli gündəliyin bir sıra aktual məsələlərinə, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığa toxunulub.

BAKI, 1 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, hər iki ölkənin lideri Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Dağlıq Qarabağ ətrafında vəziyyət müzakirə olunub. Məmnuniyyətlə qeyd olunub ki, ümumilikdə vəziyyət sabitdir, atəşkəs rejiminə isə qeyri-şərtsiz əməl olunur", - deyə Kremlin məlumatında bildirilir.

Hər iki ölkənin lideri Qarabağ üzrə üçtərəfli işçi qrupunun işini də müsbət dəyərləndirib.

"İkitərəfli gündəliyin bir sıra aktual məsələlərinə, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığa toxunulub. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsinin davam etdirilməsi, qarşılıqlı səmərəli layihələrin irəlilədilməsinə qarşılıqlı köklənmə təsdiqlənib", - deyə məlumatda bildirilir.

Bundan əlavə, liderlər gələcək təmaslar barədə razılığa gəliblər.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

İlham Əliyev İtaliyanın Rai-1 kanalına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 01.04.2021
QARABAĞ
İlham Əliyev rusiyalı rəsmi ilə görüşdə Qarabağda eskalasiya riskləri barədə

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0