15:18 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
QARABAĞ
Qısa URL
19 0 0

Anar Kərimov: "1982-ci ildə həmin məqbərənin ulu öndər Heydər Əliyev tərəfindən açılışı olmuşdu. O, çox gözəl memarlıq abidəsi idi".

BAKI, 31 mart — Sputnik. Bu il Vaqifin Şuşadakı məqbərəsinin təmiri başa çatacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib: "Ümid edirəm ki, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin bərpa işləri bu ilin yayında başa çatacaq. Biz Molla Pənah Vaqifin poeziya günlərini Şuşada keçirəndə abidə o vaxta hazır olacaq".

Nazir bildirib ki, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi erməni vəhşiləri tərəfindən dağıdılıb:

"1982-ci ildə həmin məqbərənin ulu öndər Heydər Əliyev tərəfindən açılışı olmuşdu. O, çox gözəl memarlıq abidəsi idi. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən həmin abidə, demək olar ki, dağıdılıb. Prezident İlham Əliyevin sərəncamı ilə məqbərənin bərpasına başlanılıb".

A.Kərimov əlavə edib ki, "Xarı bülbül" festivalının keçirilməsi ilə bağlı işlər aparılır:

"Bu festivalın keçirilməsi nəzərdə tutulub. Bu il biz bu festivalı Şuşada keçirəcəyik".

Əsas mövzular