QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyədən Azərbaycana Qarabağ zəfəri xatirəsi - VİDEO

© © AP Photo/Andreea Alexandru/MediafaxЗолотые монеты, фото из архива
Золотые монеты, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
Azərbaycanlı rəssam Rafiq Əzizin eskizləri əsasında yaradılan "Qarabağ Azərbacyandır" xatirə pullarının 758-i artıq paylanıb. Ümumilikdə isə bundan 3 min ədəd hazırlanacaq. 

BAKI, 16 mart - Sputnik. Türkiyə Zərbxanası Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə xatirə pulları hazırlayıb. 

Xatirə türk lirələrinin üzərinə azərbaycanlı rəssam Rafiq Əzizin eskizləri köçürülüb. Bu barədə TRT Haber məlumat yayıb. 

Bildirilir ki, Azərbaycanın Qarabağ zəfərinə həsr olunmuş ilk pullar hələ ötən ilin dekabrında basılıb. Pulların hazırlanması təxminən bir aya başa gəlib. 

İlk dəfə 1650 sikkə hazırlanıb, bunlardan 758-i artıq paylanıb.

Hazırda Zərbxananın anbarında üzərində "Qarabağ Azərbaycandır" yazısı olan 892 xatirə pulu saxlanılır. 

Xatirə sikkələrinin Azərbaycan manatında olan variantı da hazırlanıb. Ancaq onların basılması üçün Azərbaycanın müvafiq qurumlarının icazəsi gərəkdir. Azərbaycan tərəfinin razılığı alındıqdan sonra 2 min ədəd gümüş xatirə sikkəsi basılacaq. 

Telekanalın məlumatına görə, sikkənin ön tərəfində yalnız Şuşada bitən və ölkəmizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin rəmzi kimi qəbul edilən xarı-bülbül çiçəyinin təsviri yerləşdirilib. Sikkənin arxa tərəfində isə "Qarabağ Azərbaycandır" yazısı, Azərbaycanın dövlət gerbi, xəritəsi, Şuşadakı Gövhər Ağa məscidi və Şuşa qalası təsvir olunub. 

 

Xəbər lenti
0