03:18 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
QARABAĞ
Qısa URL
24310

"Dünyada müharibələr olduqca dağıntılar qaçılmazdır. Ancaq burda gördüklərimiz insan şüuruna yerləşməyəcək qədər dəhşətli bir vandalizmin izləridir".

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Ağdama səfər edən hərbi ekspert Ədalət Verdiyev xidmətə məhz bu rayondan başladığını və ərazinin ona doğma olduğu qədər, həm də xatirələrlə zəngin olduğunu deyib. O həmçinin Ağdamda gördüklərindən dəhşətə gəldiyini də gizlətməyib: "Mən xidmətimə Ağdam rayonundan başlamışam. Uşaqlığımda da Ağdama çox gedib-gəlmişəm. Azərbaycanın incilərindən biri olub Ağdam. Öz arxitekturası ilə hər zaman seçilib. Səliqəsi və səhmanı ilə... Amma bu gün biz görürük ki, 30 ilə yaxın bir vaxtda erməni əsirliyində qalan Ağdam yerlə yeksan olub. Ağdam şəhərində bir dənə də olsun sağlam divar qalmayıb, nəinkin tikili. Dünyada müharibələr olduqca dağıntılar qaçılmazdır. Ancaq burda gördüklərimiz insan şüuruna yerləşməyəcək qədər dəhşətli bir vandalizmin izləridir".

© Sputnik / Emin Alisahib
Ədalət Verdiyev

Hərbi ekspert Ağdamın ermənilər tərəfindən yerlə yeksan edilməsinin dünyaya bir mesaj olmasını da söyləyib: "Dünya 30 ilə yaxındır ki, ermənilərin Azərbaycan xalqının başına gətirdiklərinə susur. Bir baxın. Bu gün burda gördüklərimiz dünyaya bir mesajdır. Dünya ermənilərin hansı vandallıqları törədə biləcəyinin bir daha şahidinə çevrildi. Bu gün biz Ağdamdayıq və buna görə ali baş komandanımız İlham Əliyevə və hərbçilərimizə minnətdarıq".

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilib. Media orqanları və QHT-lərin rəhbərlərini, bloggerləri və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Əsas mövzular