13:01 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
QARABAĞ
Qısa URL
12 0 0

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə Mərkəzi Zabitlər Evində baş tutan sərgiyə qatılan müdafiə naziri və generallar fotolarla bağlı məlumatlar alıblar.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları Komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri Komandanı Adnan Özbal və Hərbi Hava Qüvvələrinin Komandanı ordu generalı Həsən Küçükakyüzlə birlikdə "29-cu ilində Xocalı Soyqırımı" fotosərgisinin açılış mərasimində iştirak edib.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə Mərkəzi Zabitlər Evində baş tutan sərgiyə qatılan müdafiə naziri və generallar fotolarla bağlı məlumatlar alıblar.

"29 il öncə Xocalıda qəddarcasına qətl edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik. Azərbaycan türkü qardaşlarımızın acısını ürəyimizdə yaşamağa davam edirik. Bu qətliamı unutmadıq, unutmayacağıq. Keçmişi heç vaxt unutmayacağıq, fəqət gələcəyə baxacağıq. Xocalıda şəhid edilən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik", - deyə Akar qeyd edib.

Teqlər:
sərgi, Hulusi Akar, Azərbaycanlı, Qarabağ, Türkiyə, Xocalı qətliamı

Əsas mövzular