19:26 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
QARABAĞ
Qısa URL
9810

Bu gün Gürcüstanlı jurnalistlər və ekspertlər ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər ediblər.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 28 fevral - Sputnik. Bu gün Gürcüstanlı jurnalistlər və ekspertlər ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər ediblər. Sputnik Azərbaycan xəbər verir ki, səfər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Gürcüstandakı səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə təşkil olunub. Füzuli və Cəbrayılda erməni vandalizmi ilə tanış olacaq Gürcüstan heyətinin tərkibinə “Pirveli TV”, “Mtavari Arkhi”, “Imedi TV”, “POS TV” kanallarının jurnalistləri və ekspertlər daxildir.

  • Gürcüstanlı jurnalistlər və ekspertlər ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər ediblər
    Gürcüstanlı jurnalistlər və ekspertlər ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər ediblər
    © Sputnik / Emin Alisahib
  • Gürcüstanlı jurnalistlər və ekspertlər ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər ediblər
    © Sputnik / Emin Alisahib
  • Gürcüstanlı jurnalistlər və ekspertlər ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər ediblər
    © Sputnik / Emin Alisahib
  • Gürcüstanlı jurnalistlər və ekspertlər ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər ediblər
    © Sputnik / Emin Alisahib
1 / 4
© Sputnik / Emin Alisahib
Gürcüstanlı jurnalistlər və ekspertlər ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər ediblər

Qonaqlar Füzuli şəhərində olublar. Ermənilər tərəfindən dağıdılmış şəhərdə inşa olunacaq aereportla bağlı onlara məlumat verilib. Gürcü jurnalistlərə Füzuli aeroportunun tikinti işlırini aparan şirkətin nümayəndəsi Şaiq Qocayev bildirib ki, Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq.

“Hazırda torpaq qatı çıxardılaraq əvəzinə təbi çınqıl materialı döşənir. Daha sonra asfalt örtüyü çəkiləcək. Tikinti işlırinin vaxtında başa çatması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub” - Qocayev deyib.

© Sputnik / Emin Alisahib
Şaiq Qocayev

Daha sonra qonaqlar yerli jurnalistlərlə təəsuratlarını bölüşüblər.

“Mən inanıram ki, Azərbaycan dövlətinin iqtisadi gücü qısa müddətdə bu ərazilərdə şəhərləri, kəndləri bərpa etməyə imkan verəcək”. Bunu Ermənistan işğalından azad edilmiş Füzuli rayonunda səfərdə olan tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia bildirib.

"Həmişə əmin olmuşam ki, ermənilər döyüşməyi bacarmır. Burada ermənilərin müdafiə sistemlərini görəndə də bir daha buna əmin oldum. Ermənilər “başqa dövlətin bayrağı altında döyüşəndə” qalib gəliblər. Ermənilər meydanda azərbaycanlılarla təkbətək qalanda döyüş meydanından arxalarına baxmadan qaçdılar. Dünən səfər etdiyimiz Ağdamda onların vandallığının şahidi olduq. Ağdam hazırda faktiki ölü şəhərdir. Onlar məsciddə inək, donuz saxlayıblar. Əgər sən xristiansansa, bu o demək deyil ki, müsəlmanların müqəddəs məkanlarına hörmətlə yanaşmamalısan. Qonşusunun ərazisinə iddia edən, milyonadək insanı yurdundan didərgin salan erməniləri Allah cəzalandırdı və Azərbaycan bu gün torpaqlarını işğaldan azad etdi. Mən inanıram ki, Azərbaycan dövlətinin iqtisadi gücü qısa müddətdə bu ərazilərdə şəhərləri, kəndləri bərpa etməyə imkan verəcək. Mən bir daha Azərbaycan xalqını böyük qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, Gürcüstan və Azərbaycan birgə müstəqilliyimiz və suverenliyimizin qorunması üçün mübarizə aparacaq” - Marxulia əlavə edib.

© Sputnik / Emin Alisahib
Quram Marxulia

Ötən gün Ağdamda səfərdə olan gürcüstanlı nümayəndələr gördükləri mənzərədən dəhşətə gəldiklərini də gizlətməyib. Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun eksperti Aleksandr Klaxadze bildirib ki, onu dəhşətə salan məscidlərin və qəbirstanlıqların dağıdılmasıdır.

“Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdik, bu gün isə Füzuli rayonunda səfərdəyik. 30 il ərzində Ermənistanın işğalı altında qalmış bu ərazilərdə daş daş üstündə qalmayıb, Azərbaycan xalqına məxsus hər şey məhv edilib. Eyni zamanda işğaldan azad edilmiş ərazilər minalanıb, bu əraziləri minalardan təmizləmək üçün uzun illər zamandır” - Klaxadze deyib.

© Sputnik / Emin Alisahib
Aleksandr Klaxadze

Qeyd edək ki, Gürcüstanlı qonaqların Füzuliyə səfəri başa çatıb. Hazırda ermənilərin törətdiyi vəhşiliyi lentə almaq üçün Cəbrayıl rayonuna yola düşüblər.

Əsas mövzular