16:53 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
QARABAĞ
Qısa URL
2910

Xalq yazıçısı Bayram Bayramovun şəninə roman həsr etdiyi Əlimədədli kəndinin bugünkü görüntləri ürək ağrıdır.

BAKI, 21 fevral - Sputnik. Ağdam rayonunun Əlimədədli kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Əlimədədli rayon mərkəzindən 32 km şimal-qərbdə, Xaçın çayının sol sahilindən 2 km aralı, Kiçik Qafqaz dağlarına aid olan Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir. 2006-cı ilin siyahıyaalınma məlumatına görə, Əlimədədli kəndinin əhalisi 1069 nəfərdir. İşğala qədərki dövrdə əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və bağçılıq olub. Əslən Əlimədədlidən olan xalq yazıçısı Bayram Bayramov özünün “Yarpaqlar” romanında kənd camaatının məişətini, adət-ənələrini, həyat tərzini özünəməxsus ustalıqla təsvir edib.

Kənd 15 iyun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Əlimədədlilər erməni işğalçılarına qarşı mübarizədə daim ön sırada olublar, igidlik nümunəsi göstəriblər. Ağdam rayonu və kəndləri 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasından 11 gün sonra, noyabrın 20-də erəni qəsbkarlarından azad edilib. 

Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Qarabağ, video, kənd, Ağdam

Əsas mövzular